google-google-cloud-daki-problemle-bagli-aciqlama-verdi

“Google” “Google Cloud”-dakı problemlə bağlı açıqlama verdi

“Google” “Google Cloud”-da yaranmış problemlə bağlı araşdırma aparacaq. İnsider.az bunu “Google Cloud Platform”-a istinadla xəbər verir.

Şirkətdən verilən xəbərə görə, problemə səbəb 3 iyun gecəsi şəbəkə həddən artıq yüklənib, səhər isə problemin həlli barədə hesabat yayılıb. Əlavə olaraq, araşdırma aparılıb nəticələrin dərc ediləcəyi bildirilib.

Problem “YouTube”, “Vimeo”, “Snapchat”, “Gmail”, “Nest”, “Discord” və digər servislərin istifadəçilərinə də təsir edib.

Qeyd edək ki, əsasən ABŞ-ın şərq sahilindəki istifadəçilər problemlə üzləşib, lakin Avropada da istifadəçilər servislərin qeyristabil işləməsindən şikayətlənib.

Samirə Məmmədova