Alphabet-in ikincirüb gəlirində 62%-lik artım.
Google-ın ana şirkəti Alphabet 2021-ci ilin ikinci rübü üzrə məaliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, Alphabetin ilin ikinci rübündə (aprel - iyun) əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 62% artaraq 61,9 milyard dollara yüksəlib. Proqnozların üzərində gəlir əldə edən şirkət, 2020-in eyni dövründə 38,3 milyard dollar gəlir açıqlamışdı.
Alphabet-in xalis mənfəəti isə ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 166% artımla (2,7 dəfə artım) 18,5 milyard dollara yüksəlib. Alphabet, keçən ilin ikinci rübündə 6,9 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin keçən ilin aprel-iyun dövründə bir səhmə düşən mənfəəti 10,13 dollar ikən, bu ilin eyni dövründə 27,26 dollara qalxıb.