“Google” İsrail ordusunun tələbi ilə İsrail və Qəzza zolağında “Google Maps” və “Waze” proqramlarında yol hərəkəti axını barədə trafiki söndürüb.
“Biz əvvəllər münaqişə vəziyyətlərində etdiyimiz kimi və regionda dəyişən vəziyyətə cavab olaraq, təhlükəsizlik məqsədilə real vaxt rejimində nəqliyyat və sıxlıq verilənlərinə baxmaq imkanını keçici olaraq aradan qaldırdıq”, – şirkət nümayəndəsi agentliyə bildirib.
Bu qərarın səbəbi odur ki, real vaxt rejimində yol verilənlərindən İsrail qoşunlarının hərəkəti haqqında ümumi təsəvvür əldə etmək olar.
Xatırladaq ki, daha öncə teleqramın “App Store” və “Google Play”dən endirilən proqramlarında HƏMAS-ın hesabları əngəllənib.
Report