google-istifadecileri-gizli-sekilde-izlediyini-etiraf-edib

“Google” istifadəçiləri gizli şəkildə izlədiyini etiraf edib

“Google” əməkdaşları istifadəçilərin yerlərini müəyyən etmək üçün şirkətin məxfilik tənzimləmələrini bilərəkdən çətinləşdirdiyi barədə xəbərdar olublar.

Bu barədə “Business Insider” nəşri məhkəmə işinin materiallarına istinadən məlumat yayıb.

Ötən il ABŞ-ın Arizona ştatı prokurorluğu IT nəhənginə qarşı məhkəmə iddiası qaldıraraq, onu geolokasiya məlumatlarının qanunsuz yığmında günahlandırıb. İddiaya görə, telefonda müvafiq funksiya söndürüldükdə belə “Google” sözügedən məlumatları əldə edə bilir. Bu məqsədlə Wi-Fi kimi ənənəvi üsullarla yanaşı, şirkətə heç bir aidiyyəti olmayan kənar tətbiqlərdən də istifadə olunur.