“Google Maps” servisində ən azı şirkətlərin 11 milyon saxta hesabı mövcuddur. Aylıq olaraq da servisdə “yüz minlərlərlə” qondarma yerlər üzə çıxır. İnsider.az bunu “The Wall Street Journal”-a istindla xəbər verir.
Qəzet iddia edir ki, bəzi şirkətlər rəqiblərinin telefon nömrələrini və ünvanlarını özününkünə dəyişir. Digərləri axtarış nəticələrində tez-tez çıxmaq üçün öz ofislərini xəritədə yerləşdirir.
“WSJ” jurnalistləri də “Google Maps”-də santexnik axtarmağa cəhd ediblər – ilk 20 axtarış nəticəsindən 13 ünvan yalançı çıxdı. Nəşriyyat “Google”-a müraciət etdikdən sonra isə ünvanlar haqda qeydlər yoxa çıxdı.
“WSJ”-nin materialına cavab olaraq, “Google” nümayəndələri bildirdilər ki, şirkət özü müntəzəm olaraq yoxlamalar aparır, “Google Maps”-də saxta profilləri silir, servislə istifadə qaydalarını yeniləyir və dələduzlarla yeni mübarizə metodlarını tərtib edir.
Qeyd edək ki, ötən il şirkət artıq 3 milyon saxta biznes profillərini silmişdi.
Samirə Məmmədova