“Google” 2019-cu ilin sonunda smartfonlar üçün tətbiqinin və saytın mobil versiyasının baş səhifəsində reklam göstərməyə başlayacaq. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.
“Google” həmçinin öz personallaşdırılmış xəbər kanalında – “Discover” adı altında axtarışın yenilənmiş versiyasında – reklam yerləşdirməyə başlayacaq. Bu, “Facebook” üslubunda xəbər lentidir, hansını ki, vərəqlədikcə, istifadəçilər alqoritmlə seçilmiş məqalələrə, videolara və digər aidiyyatı olan kontentlərə istinad yığımı əldə edirlər. Bu funksiyadan ayda 800 milyondan artıq insan istifadə edir.
“TechCrunch” yazır ki, “Google” əlavə olaraq, öz “Google Shopping” ticari servisini də yeniləyib. Saytda istifadəçilər malları tapıb müqayisə edə, sonra isə öz “Google”-dakı hesabı vasitəsilə sifarişi tərtib edə bilərlər.
Yeni servis “Google Shopping”-i “Google Checkout” onlayn-ödəmələrin emalı servisi və “Google Express” çatdırılma xidmətilə birləşdirəcək. Alış-verişlərin icrası üçün universal səbət “Google Images” və “YouTube”-a 2019-cu ildə bir qədər gec əlavə olunacaq.
“Bloomberg”-in qeyd etdiyinə görə, “Google” “YouTube” izləyicilərinə klip izləməsi zamanı malları almaq üsulunu təklif etməyi planlaşdırır. Şirkət satışlardan komissiya götürəcək və “YouTube” ulduzları ilə mənfəəti bölüşdürəcək. Bu biznes modeli hələ ki, müzakirə olunur.
Samirə Məmmədova