"Google"un bir müddətdir üzərində işlədiyi yeni nəsil smartfonlarının təqdimat tarixi açıqlanıb.
İnsider.az xəbər verir ki, "YouTube" üzərində "Made by Google 2019" yayınına geri sayımı başladan "Google" mətbuat üçün də dəvətnamələri göndərməyə başlayıb.
15 oktyabr 2019-cu il tarixində təşkil ediləcək tədbirdə "Pixel 4" və "Pixel 4 XL" tanıdılacaq. Bunlarla bərabər yeni "Google Home", ikinci nəsil "Pixelbook Chromebook" kimi məhsulların da tanıdılması gözlənilir.
Qeyd edək ki, "Pixel 4" modelləri Snapdragon 855 prosessoru ilə təchiz olunub. 6 GB RAM və 128 GB daxili saxlama yaddaşı ilə təqdim ediləcək olan modellər, 12 Megapiksellik əsas kameraya, 16 Megapiksellik telefoto linzaya və spektral sensora sahib olacaq.
5.6 düym böyüklüyündəki 2280 x 1080 piksel AMOLED ekranla təqdim olunacaq "Pixel 4" ilə bərabər 6.2 düym böyüklüyündə 2960 x 1440 piksel AMOLED ekrana sahib "Pixel 4 XL" modeli də satışa çıxarılacaq.