google-play-store-un-dizaynini-yeniledi

“Google” “Play Store”-un dizaynını yenilədi

“Google Play Store” onlayn-mağazası yeni “Google Material Design” dizayn-sistemi çərçivəsində yenilənib. İnsider.az bunu “9to5Google”-a istinadla xəbər verir.

Artıq əsas rəng ağdır, əlavə rənglər isə yaşıl, qırmızı və göydür. Bölmələrin bir qismi (oyunlar, filmlər və kitablar) ekranın yuxarı hissəsindən aşağıya köçürülüb.

“Mənim tətbiqlərim və oyunlarım” bölməsindən tətbiqlərin bloklarını ayıran zolaqlar itib. Musiqilə bağlı bölmə artıq əlavə pəncərə tutmur, onu yan tərəfdə yerləşən naviqasiya panelində tapmaq olar. “9to5Google” qeyd edir ki, o, “YouTube Music”-lə daha az rəqabət aparacaq.

Qeyd edək ki, yenilənmiş “Play Store 15.1.24” versiyası tədricən yayılır, lakin onu sərbəst quraşdırmaq mümkündür.

Samirə Məmmədova