“Google” Hindistanda öz tətbiq mağazasındakı “TikTok” videoservisinə girişi bloklayıb.
Bu barədə İnsider.az “Reuters”-ə istinadla xəbər verir.
“The Economic Times”-ın məlumatına görə, 2019-cu il aprelin 3-ü Hindistanın Madras ali məhkəməsi hökümətdən qeyri-leqal kontentə, həmçinin uşaq pornoqrafiyasına görə “TikTok” tətbiq yükləməsinin ölkədə qadağa edilməsini istəyib.
“TikTok”-un sahibi olan Çinin “ByteDance” şirkəti qadağanın şirkətə ziyan vurduğu və Hindistanda söz azadlığına zidd olduğunu bəyan edərək qadağaya qarşı çıxıb. “TikTok” işi üzrə növbəti məhkəmə dinləməsi 2019-cu ilin aprelin 24-nə təyin olunub.
Yerli hakimiyyət məhkəmə qərarının icra olunması istəyi ilə bağlı məktubu artıq “Apple” və “Google”-a göndərib. Çərşənbə axşamı günü “TikTok” servisi “Google Play”-dən silinmişdi. Aprelin 17-si isə “Apple” da tətbiqi “App Store”-dan sildi.
“Google” bildirdi ki, onlayn-mağazalardakı ayrı tətbiqlərlə bağlı vəziyyəti şərh etmirlər və yerli qanunlara riayət etdiklərini vurğulayıblar. “Apple” isə ümumiyyətlə şərh verməkdən imtina edib.
Bu arada “TikTok”-da Hindistan məhkəmə sisteminə güvəndiklərini deyirdilər, həmçinin servis qaydalarını pozan 6 milyondan çox videonun bloklamasını söyləmişdilər.
Yeri gəlmişkən, Hindistanda “TikTok”-un 120 milyon aktiv istifadəçisi var. Məhkəmə qərarı tətbiqdən artıq istifadə edənlərə təsir etməyəcək, lakin bu qərar servisin genişlənməsinə maneə törədə bilər.
Xatırladaq ki, 2019-cu ilin fevral ayında ABŞ höküməti “TikTok”-u uşaqlarla olan videoya görə 5,7 milyon dollar cərimələmişdi. Qanuna görə, amerikalı şirkətlər yaşı 13-dən az olan uşaqlar barədə məlumat yığımına valideynlərdən icazə almalıdırlar.
Samirə Məmmədova