google-rusiya-ucun-play-market-de-proqramlarin-alisini-mehdudlasdirib-foto

“Google” Rusiya üçün “Play Market”də proqramların alışını məhdudlaşdırıb - FOTO

“Google” şirkəti Rusiyadan olan istifadəçilər üçün “Play Market”də proqramların alınmasını məhdudlaşdırıb, artıq onlar yalnız pulsuz məzmundan istifadə edə bilərlər.

Bu barədə şirkətin yaydığı bəyanatında bildirilir.

“Ödəniş sistemlərinin işinin pozulmasına görə biz yaxın günlərdə Rusiyadakı istifadəçilər üçün “Google Play” ödəniş sistemini dayandıracağıq. Bu o deməkdir ki, dayandırma zamanı siz Rusiyada “Google Play-dən istifadə edərək proqramlar və oyunlar ala, abunəliklər üçün ödəniş edə və ya hər hansı tətbiqdaxili rəqəmsal məhsul alışı edə bilməyəcəksiniz”, - deyə məlumatda vurğulanır.

Güzəşt müddəti olan abunəliklər üçün proqram güzəşt müddətinin sonuna qədər aktiv qalacaq.

Əvvəllər alınmış proqramlara isə giriş qalacaq, lakin məzmuna girişdə nasazlıqlar ola bilər.