“Google” sanksiyalara məruz qalan Rusiya Dövlət Duması deputatlarının hesablarını bloklamağa başlayıb.
Bu barədə Dumanın Ailə, Qadın və Uşaq Komitəsi rəhbəri Nina Ostaninanın mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, şirkət onunla əlaqəli “YouTube” kanalını da silib.
“Google” tərəfindən deputata göndərilən mesajda bildirilib ki, hesabı bərpa etmək mümkün deyil.
Xatırladaq ki, Dövlət Dumasının 328 deputatı martın sonunda qondarma DXR və LXR-nin tanınması ilə bağlı səsvermədən sonra ABŞ-ın sanksiyalarına məruz qalıb. Oxşar qərar Aİ, Yaponiya və Böyük Britaniya tərəfindən də qəbul edilib.
Oxu.Az