google-servislerinden-birini-baglayir

“Google” servislərindən birini bağlayır

“Google” 2020-ci il sentyabrın 1-də HR-servisi olan “Google Hire”-ı bağlayacaq. İnsider.az bunu "vc.ru"-ya istinadla xəbər verir.

Şirkət artıq bu servisə abunə haqqını götürməyi dayandırıb. Abunəliyi bitmək üzrə olan müştərilər abunəliyi servisin bağlanmasına kimi ödənişsiz uzada bilərlər – bunun üçün dəstək xidmətinə müraciət etmək lazımdır.

Şirkət layihənin bağlanılma səbəbini açıqlamır. Öz bəyanatında isə servisi uğurlu adlandırır.

Xatırladaq ki, “Google Hire” 2017-ci ildə təqdim edilmişdi. Servis şirkətlərə aylıq 200-400 dollar abunə haqqı müqabilində   “Google”-da və rekrutinq saytlarında vakansiya yaratmaq və yerləşdirməyə imkan verir. Vakansiyalara cavab verəb iş axtaranlar üzrə məlumatı “Google Hire” “LinkedIn”, “GitHub”, “Behance” və digər mənbələrdən toplayır.  

Samirə Məmmədova