google-sirketi-agilli-north-eyneyinin-istehsalcisini-satin-alib

“Google” şirkəti “ağıllı” “North” eynəyinin istehsalçısını satın alıb

“Google” şirkəti Kanadanın “ağıllı” “North” eynəyini istehsalçısını satın alıb. Bu haqda rəsmi bloqda şirkətin qurğular və xidmətlər üzrə böyük vitse-prezidenti Rik Osterlo yazıb. Razılaşmanın qiyməti açıqlanmayıb.

İnsider.az xəbər verir ki, “North” 2012-ci ildə təsis edilib. 2019-cu ildə şirkət əlavə edilmiş reallıq texnologiyalarını dəstəkləyən və üzüyün köməyi ilə idarə olunan “Focals” adlı “ağıllı” eynəyini təqdim edib. Bu eynək smartfondakı mesajları və bildirişləri oxumağa, piyada marşrutları tərtib etməyə, "ağıllı" evi idarə etməyə imkan verir.

“North” şirkətinin nümayəndəsi bildirib ki, “Google” şirkəti ilə razılaşmadan sonra “Focals 1.0” eynəyinin dəstəyi dayandırılacaq və smart eynəyin 2-ci nəslinin hazırlanması planı ləğv ediləcək. Alıcılara qurğu ilə bağlı istənilən xərclərin kompensasiya ediləcəyinə söz verilib.

Mütəxəssislərin fikrincə, bu razılaşma axtarış sisteminin “Google Glass”ın uğursuzluğundan sonra smart eynək bazarına qayıdışı kimi izah edilə bilər.

ICTnews