“Google” şirkəti cari ilin əvvəlindən sensor ekransız düyməli telefonlar və inkişaf etməkdə olan ölkələrdə populyar olan “Kai OS” sistemi ilə rəqabət aparmaq üçün nəzərdə tutulmuş “Android” və “Chrome” brauzerinin versiyaları üzərində işləyir. “9to5google.com” nəşri düyməli telefonlar üçün nəzərdə tutulmuş “Google” brauzerini sınaqdan keçirməyə müvəffəq olublar.
İnsider.az xəbər verir ki, müvafiq kod “Chromium” layihəsinin bazasında aşkar edilib. Bu layihə eyni adlı brauzer mühərrikinin hazırlanmasını nəzərdə tutur. Proqramçılardan biri kodu kompilyasiya edərək onu yoxlamaq üçün jurnalistlərə təqdim edib.
©“ICTnews”