“Google” “Pixel 4” smartfonlarına jestlərlə idarə olunma və sifət vasitəsilə blokdan çıxarılma funksiyalarını əlavə edəcək. İnsider.az-ın xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.
KİV-lər “Google”-un “Pixel 4”-ü cari ilin oktyabr ayında təqdim edəcəyini gözləyirlər.
Şirkət “Google ATAP” şöbəsinin son beş il ərzində üzərində çalışdığı “Soli” texnologiyasını istifadə edib. Radar smartfonun yuxarı hissəsində quraşdırılıb – o, jestləri müəyyən edə və istifadəçinin nə vaxt cihazın yanında olduğunu anlaya bilir.
Qeyd edək ki, “Pixel 4”, şirkətin bildirdiyinə görə, “Soli” və “Motion Sense” funksiyasının dəstəyilə olan ilk cihaz olacaq. “Motion Sense” isə “Pixel”-də bəzi ölkələrdə əlçatan olacaq.
Samirə Məmmədova