google-translatotron-sinxron-tercume-texnologiyasini-teqdim-edib

“Google” “Translatotron” sinxron tərcümə texnologiyasını təqdim edib

“Google” şifahi tərcümənin “Translatotron” adlı yeni sinxron tərcümə texnologiyasını təqdim edib. İnsider.az bu barədə şirkətin bloquna istinadla yazır.

Adətən, bir dildən digərinə şifahi tərcümə üçün sistemlər kaskad modelini istifadə edir. Əvvəlcə sistem avtomatik olaraq nitqi onun transkripsiyası üçün müəyyən edir, daha sonra alınmış mətnin maşın tərcüməsi baş verir, sonra isə mətnin audioyazıya çevrilməsi yaranır. Belə sistem, o cümlədən, “Google Translate”-də istifadə olunur.

“Google”-un yeni eksperimental metodu nitqin mətnə çevrilmə mərhələsini buraxır. Tərtibatçıların yaratdığı neyroşəbəkə ilkin audioyazının spektroqramını səslə qəbul edir və spektroqramı digər dildəki nitqlə sintez edir. Sonra isə alqoritm audifaylı sintez edir.

Bundan başqa, “Translatotron” nitqdə intonasiya və pauzaları, həmçinin tərcümə zamanı danışan şəxsin səsini qoruyub saxlamağı bacarır. Lakin ilkin səsin saxlanması zamanı tərcümə bir qədər fərqlənir.

“Google” mütəxəssisləri alqoritmin işini BLEU-metodu vasitəsilə yoxlayıblar. Bu metodla maşın tərcüməsi insanın etdiyi tərcümə ilə müqayisə olunur. Onlar şifahi nitqi ispan dilindən ingiliscəyə tərcümə ediblər. Testin nəticəsi olaraq, mütəxəssislər etiraf edib ki, “Translatotron” hələ ki, kaskad modelindən geri qalır. Lakin “Translatotron” “Google”-un qeyd etdiyinə görə, nitqi bir dildən digərinə birbaşa çevirməyə qadir olan ilk texnologiyadır.

Yeri gəlmişkən, alqoritmin işləmə nümunələrinə “Google”-un “Github”-dakı səhifəsində baxmaq olar.

Samirə Məmmədova