google-u-evez-edecek-currents-teqdim-edilib

“Google+”-u əvəz edəcək “Currents” təqdim edilib

“Google” “G Suite” paketinin korporativ istifadəçilərin ictimai ünsiyyəti üçün tutulmuş “Currents” adlı servisi təqdim edib.

İnsider.az “The Verge”-ə istinadla yazır ki, bu servis 2019-cu il aprel ayının əvvəlində istifadəçi versiyası bağlanmış korporativ “Google+”-u xatırladır. 

“Currents” təşkilat hımçinin daxili ünsiyyətə imkan yaradır, iş vaxtı hamını xəbərdar etməyə və rəhbərlərə işçilərilə rahatlıqla ünsiyyətdə qalmağa kömək edir. Yeni servisdə cəld şəkildə qeydləri yerləşdirmək, onları teqlərlə nişanlamaq olur, rəhbərlik isə publikasiyalara prioritet dərəcəsi təyin edə bilər.
“G Suite” istifadəçiləri “Currents”-in beta-versiyasına giriş istəyə bilərlər. Korporativ “Google+”-dakı publikasiyalar yeni servisə köçürüləcək.

“Google”  “Currents” adını artıq ilk dəfə işlətmir. Əvvəllər “Google Play Newsstand”-a, sonra isə “Google News”-ə təkamül etmiş jurnal oxuma servisi belə adlanıb. 

Samirə Məmmədova