Moskva məhkəməsi sentyabrın 12-də “Google”un Rusiyadakı törəmə şirkətinin iflas ərizəsini qəbul edib və iflas proseduruna başlayıb.
Səlahiyyətlilər “Alphabet”in Rusiya qolunun bank hesabını bağladıqdan sonra, işçilərə və təchizatçılara məvaciblərini ödəyə bilməyən şirkət özünü müflis elan etməli olub.
Şirkətin Rusiyadakı pulsuz xidmətləri, o cümlədən “YouTube” video hostinqi fəaliyyətini davam etdirir.
Oxu.Az