“Google” mühəndisləri süni intellekt və 3D texnologiyalar vasitəsilə ağciyər xərçəngi diaqnozu sistemini hazırlayıblar.
İnsider.az “Google”-un bloquna istinadən xəbər verir ki, sistem xərçəngi sertifikatı olan həkimlər kimi, hətta onlardan da yaxşı aşkar edə bilir.
Araşdırma üçün məlumatları “Google” mütəxəssislərinə səhiyyə departamenti və ABŞ-ın Şimal-Qərb universiteti təqdim edib.
Təxminən 46 min kompyuter tomoqrafiyası metodu ilə çəkilmiş döş qəfəsi şəkillərinin əsasında mühəndislər süni intellektə ağciyərdə bədxassəli düyünləri aşkar etməyi və diaqnostika nəticələrini 3D formatda təqdim etməyi öyrədiblər.
Pasientin öncədən çəkilmiş bir neçə şəkilləri olduqda, süni intellekt onların vasitəsilə də ağciyərdə törəmələrin böyüməsini təhlil etməyi öyrənib.
Sistemin işləməsini yoxlamaq üçün şəkilləri təhlil etməyi altı sertifikatlaşdırılmış radioloqa təklif ediblər. Yeganə şəkil üzrə diaqnoz qoyulmasına baxmayaraq, süni intellekt insanlar qədər, hətta onlardan da yaxşı nəticə göstərib.
“Google” bildirib ki, sistem xərçəngi 5 % daha dəqiq diaqnoz edə bilib və yanlış deyilən müsbət nəticəni 11 % azalda bilib.
Samirə Məmmədova