Qəliz marşrutun qurulması zamanı “Google” xəritələrində naviqasiya üzrə yeni təkliflər yaranıb. Bundan sonra nəqliyyat dəyişmələri arasında piyada qət edilməsi çətin olan böyük məsafə olduğu zaman xəritələr taksi çağırmağı təklif edəcək. İnsider.az bildirir ki, bu barədə “Google”-un bloqunda deyilir.
Marşrutun detallarında taksi gəlişinə qədər gğzləmə vaxtı, gediş haqqı və yollardakı yüklənmə dərəcəsi qeyd olunub. İsitfadəçi taksi xidmətini təklif edən şirkəti və tarifi seçə bilər.
Taksi servisləri arasında xəritələr istifadəçinin regionunda təqdim edilən şirkətləri sadalayırlar. Həmçinin qəliz marşrutların qurulması zamanı “Googl Maps” istifadəçilərə yolun yarsını velosipedlə getməyi də təklif etməyə başlayıb – bu halda marşrut velosiped xəttinin nəzərə alınması ilə qrulur.
Yeni opsiyalar xəritə istifadəçiləri üçün həm “Android”, həm “iOS” üzərində yaxın zamanda bütün dünyada əlçatan olacaq.