google-yeni-cipde-isleyen-smartfonlarini-teqdim-edecek-foto-video

“Google” yeni çipdə işləyən smartfonlarını təqdim edəcək - FOTO/VİDEO

“Google” payızda yeni çiplə təchiz edilmiş “Pixel 6” və “Pixel 6 Pro” smartfonlarını təqdim edəcək.

Bu barədə “Prime” portalı şirkətin vitse-prezidenti Rik Osterlouya istinadla xəbər verib.

Onun sözlərinə görə, smartfonlar xüsusi olaraq “Pixel” modelləri üçün yaradılan yeni “Tensor” çipi ilə təchiz olunacaq.

“Pixel istifadəçilərinə ən qabaqcıl süni intellekt və maşın təlimini təmin edəcək mobil cihazlar üçün bir texnologiya platforması qurmağa başladıq. “Pixel 6” üçün çip sistemimizi qurmağa başlamışıq” – deyə Osterlou əlavə edib.

Vitse-prezident işlərin yekunlaşmaq üzrə olduğunu vurğulayıb.

Yeni smartfonlarda həmçinin təkmilləşdirilmiş kamera və nitq tanıma texnologiyası da olacaq.