“Google” mobil kontent prioritetli indeksləşməyə keçid planları barədə hələ 2016-cı ildə açıqlama vermişdi. Belə sistemin olması, axtarışdakı səhifələrin sıralanması onların əvvəlki kimi desktop yox, mobil versiyasından asılı olacaq.
İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir. Şirkətdən verilən məlumata görə, “Google” yeni indeksləşmə sistemi üzrə cari ilin iyulun 1-də yaradılmış bütün yeni saytlarla işləyəcək.
Daha köhnə saytlar üçün hələ ki heç bir dəyişiklik olmayacaq. “Google” onların mobil versiyalarının keyfiyyətinə nəzarət edəcək və “Search Console”-dakı kabinet üzərindən yeni indeksləşməyə keçidə hazır olma barədə xəbər verəcək.
Samirə Məmmədova