gucci-virtual-olaraq-krossovkalari-geyinib-baxmaq-imkani-yaratdi

“Gucci” virtual olaraq krossovkaları geyinib baxmaq imkanı yaratdı

“Gucci” öz “iOS”-u olan tətbiqində virtual olaraq ayaqqabını geyinib baxmağa imkan verən Belarusiyanın “Wannaby” startapını tətbiq edib. İnsider.az-ın məlumatına görə, bu barədə “vc.ru”-ya “Wannaby” nümayəndəsi danışıb.

“Gucci”-nin tətbiqində “Ace” kolleksiyasından krossovkaları geyinib baxmaq olar. Bunun üçün bəyənilmiş ayaqqabı modelini seçib kameranı ayaqların üzərinə yönəltmək lazımdır. Tətbiqdən istifadə yalnız şəbəkə olan zaman mümkündür, çünki brendin saytı ilə bağlı olduğu üçün yoxlayandan sonra istifadəçilərin dərhal sifarişi verməsi nəzərdə tutulur.

“Wannaby” qeyd edir ki, bu, startap üçün ilk kommersiya partnyorluğudur. “Gucci” ilə partnyorluq şərtlərini isə şirkət hələ açıqlamır.

Samirə Məmmədova