gunes-enerjisi-ile-isleyen-suretli-lightyear-one-avtomobili-teqdim-edilib

Günəş enerjisi ilə işləyən, sürətli “Lightyear One” avtomobili təqdim edilib 

Hollandiyada universitet tələbələri sürəti saatda 725-ə çatan və günəş enerjisi ilə işləyən 'The Lightyear One' adlı avtomobil hazırlayıb. 

İnsider.az xəbər verir ki, hələ 2015-ci ildə Hollandiyanın Eindhoven Universitetinin bir qrup tələbəsi əvvəlcə yarış üçün “Stella Lux” ailəsinin bir versiyasını təqdim etmişdilər.

Tələbələr “Stelle Lux” avtomobilini Avstraliyada keçirilən “Dünya Günəş Enerjisi Çempionatı”nda (Solar World Solar Challenge) sınaqdan keçirmişlər. Sonra bu model daha da təkminləşdirilərək sürət həddi saatda 725 kilometrə qaldırılır.

Hollandiyanın Katvijk şəhərində ötən gün yeni versiyanın təqdimatı keçirilib. Aerodinamik dizaynı ilə diqqət çəkən “Lightyear One” adlı avtomobil avtomobilin ilkin qiymətinin 149 min avro olduğu bildirilir. 

©APA