Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.
İnsider.az xəbər verir ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək.
Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.
Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.
© “Report”