gurcustan-rusiya-tranzit-aviareyslerini-subsidiyalasdirmaq-niyyetindedir

Gürcüstan Rusiya tranzit aviareyslərini subsidiyalaşdırmaq niyyətindədir

Gürcüstan höküməti Rusiyadan Tiflis və Batumiyə Yerevan üzərindən tranzit aviareyslərinin subsidiyalaşdırılması üçün təxminən 1,2 milyon avro ayırmağa hazırdır. İnsider.az bu barədə “Sputnik” resursuna istinadla bildirir.

Gürcüstan hökümətinin qəbul etdiyi qətnaməyə əsasən, subsidiyalaşdırma haqda sazişlər ən azı iki aviaşirkətlə imzalanacaq.

Hər istiqamət üzrə sənədlər bir ildən çox olmayan müddətə tərtib olunacaq. Gürcüstan höküməti tranzitlə Rusiyadan Gürcüstana çatdırılan hər sərnişinə görə ödənişin ƏDV-siz 90 avrodan çox təşkil etməyəcəyini düşünür.

Qeyd edək ki, hazırda Gürcüstanda Rusiya sanksiyalarının ölkənin turizm sahəsinə təsirinin ilk yekunlarını vurur. Birbaşa aviareyslərin dayandırılmasından sonra ilk həftələr ərzində Gürcüstan Rusiyadan olan turist axınının təqribən beşdə bir hissəsini itirib. Lakin rusiyalılar gürcü kurortlarına tranzit reyslər, həmçinin quru sərhəd vasitəsilə getməyə davam edirlər.

Samirə Məmmədova