gurcustanda-mineral-resurslarla-bagli-100-layihe-ozellesdirilmeye-cixarilacaq

Gürcüstanda mineral resurslarla bağlı 100 layihə özəlləşdirilməyə çıxarılacaq

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yaxın vaxtlarda biznesə mineral resursların özəlləşdirilməsi ilə bağlı 100 yeni layihə təklif edəcək.

İnsider.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

O deyib ki, təbii resursların effektiv idarə olunması hökumətin prioritetlərindən biridir: “Bu layihələr ölkə iqtisadiyyatına gələcək illərdə 120 milyonluq həcmdə investisiya bazasının yaradılmasına imkan verəcək”.

G.Qaxaria qeyd edib ki, hökumətin iki ay bundan öncə biznesə təklif etdiyi 100 obyektdən 38-dən çoxu artıq özəlləşdirilib və dövlət büdcəsinə kifayət qədər ciddi gəlirlər daxil olub. 

© Report