gurcustandan-azerbaycana-avtomobil-idxali-artib

Gürcüstandan Azərbaycana avtomobil idxalı artıb

2019-cu ildə Gürcüstandan Azərbaycana 24 314 ədəd minik avtomobili ixrac olunub.

İnsider.az xəbər verir ki, bu barədə “ Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin dəyəri 248 milyon 769,9 min ABŞ dolları təşkil edib.

2018-ci illə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı 11 269 ədəd, 2017-ci illə müqayisədə isə 19 759 ədəd çoxdur. Son üç ildə Azərbaycan qonşu ölkədən aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb.

2019-cu ildə avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsulu olub. Qonşu ölkə 686 milyon 747 min ABŞ dolları dəyərində minik avtomobili ixrac edib ki, bu da ümumi ixracda 18,2% təşkil edib. İllik müqayisədə Gürcüstanın avtomobil ixracında 68,2% artım qeydə alınıb. 

©Report