gurcustanin-bas-naziri-istefa-verib

Gürcüstanın baş naziri istefa verib

Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verib.

İnsider.az xəbər verir ki, bu barədə hökumət başçısı özü məlumat yayıb. 

Hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək.

Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.

©Report