Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.
İnsider.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.
Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edib.
©Report