Harvard Universitetinin alimləri tərəfindən hazırlanmış yeni robot arını xatırladır. Bu haqda “Nature” jurnalı yazır.
İnsider.az xəbər verir ki, dörd qanadlı kiçik robotun çəkisi 259 milliqram təşkil edir. Qurğu daxili günəş batareyalarının köməyi ilə enerji toplayacaq.
Alimlər bildiriblər ki, bundan əvvəl hazırlanmış miniatür qurğular kiberarı ilə müqayisədə ciddi işləmələr tələb edirdilər, çünki onlar kənar enerjidən istifadə etmədən uçmaq imkanına malik deyildilər. Həmçinin kiçik batareyanın quraşdırılması qurğunun çəkisini xeyli artırırdı.
Kiberarıya rabitə və idarəetmə sistemi quraşdırmaq planlaşdırılır.