havadan-enerji-dolduran-yeni-bir-cihaz-hazirlandi

Havadan enerji dolduran yeni bir cihaz hazırlandı

ABŞ-da fəaliyyət göstərən Ossia şirkəti yeni hazırlanmış adaptersiz  və enerjini "havadan" yükləmə texnologiyasını təqdim edib.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağıllı telefon istifadəçilərinin ən çox şikayət etdiyi problemlərdən biri də enerji doldurma və saxlama müddətidir.  İllərdir yeni nəsil batareya texnologiyaları üzərində çalışan istehsalçılar, kabelsiz enerji doldurma cihazları düzəltsə də, lakin bu vaxta kimi enerji doldurma problemini heç kim tamamilə həll edə bilməyib.

ABŞ-da fəaliyyət göstərən Ossia şirkəti smartfonların doldurulması problemini tamamilə aradan qaldıracaq yeni bir texnologiya hazırlayıb. Şirkət hava dalğası texnologiyası ilə radio dalğaları istifadə edərək telefonlara enerji doldura bilən bir sistem yaradıb.

ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən təsdiqlənmiş yeni enerji cihazı, simsiz enerji doldurma formatından fərqli olaraq cihazın heç bir aksesuara ehtiyac olmadan hər hansı bir yerə qoşulmadan olduğu yerdə enerji yığmasını təmin edir.

2.4 GHz radio frekanslarını istifadə edərək Wi-Fi şəbəkələri ilə təchiz edilən yeni enerji texnologiyası sayəsində bir çox elektron cihaz, xüsusilə də telefon, istifadəçinin cibində hətta bir enerji mənbəyinə toxunmadan yüklənə bilər.