hibrid-avtomobiller-ucun-pesekar-servis-merkezi-fealiyyete-baslayib

Hibrid avtomobillər üçün peşəkar servis mərkəzi fəaliyyətə başlayıb

Həm ekologiya dostu, həm də qənaətcil hibrid avtomobillər dövrün yüksələn trendi hesab olunur və bu trend Azərbaycandan da yan keçməyib.

Son illərdə ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artmaqdadır. Lakin yeni istiqamət olduğu üçün bununla bağlı hələ ki, bir sıra çətinliklər də yaşanır. Alınan hibrid avtomobillərin arasında ikinci əl və ya müxtəlif xüsusi servis kampaniyalarından keçməyənləri də olur. Əsas məsələ isə problemi olan hibrid avtomobilləri təmir edə biləcək təcrübəli ustaların azlığıdır. 

"Toyota"-nın Azərbaycanda rəsmi dileri Toyota Abşeron Mərkəzi məhz bu tələbatı nəzərə alaraq hibrid "Toyota" sahiblərinə tamamilə peşəkar servis təklif edir.

"Toyota" Abşeronda sırf bu sahə üzrə xüsusi təlimlərdən keçərək sertifikatlar əldə etmiş ustalar xidmət göstərir. Onlar avtomobilin problemini savadlı şəkildə təyin edə və təmirini peşəkarlıqla həyata keçirə bilirlər. Yalnız "Toyota" Abşeronda olan şəffaf salon konsepsiyası isə bütün təmir prosesi izləməyə şərait yaradır. Üstəlik, Toyota Abşeron Mərkəzi bütün xüsusi servis kampaniyalarını da "Toyota" standartlarına uyğun olaraq gerçəkləşdirəcək.

Beləliklə, hibrid "Toyota" sahibləri avtomobillərini arxayınlıqla idarə edə bilərlər, hibridə keçməyi planlaşdıranlar isə gələcəkdə təmirə görə narahat olmadan hibrid "Toyota" ala bilərlər.