“Xocalı soyqırımının törədilməsində Ermənistan dövləti ilə yanaşı, siyasi rəhbərliyi - Serjik Sarqsyan və Robert Koçaryan kimi şəxslər günahkardır və məsuliyyət daşıyırlar”.
Bunu Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda bildirib.
“S.Sarqsyan müsahibəsində bildirmişdi ki, Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki azərbaycanlılara qarşı əl qaldırmazlar. Amma indi əmin oldular ki, biz bunu edə bilərik”, - deyə Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev qeyd edib ki, Xocavəndin Edilli kəndi yaxınlığında işgəncə düşərgəsi və kütləvi məzarlıq aşkarlanıb:
“Orada mülki şəxslərə işgəncə verilib, qətlə yetirib və basdırılıblar. Orada qadınların, uşaqların və hərbçilərin qalıqları mövcuddur”.
“Azərbaycan dövləti 44 günlük müharibədən sonra müsbət mesajlar verməkdədir. Bizim ölkə sülhə hazırdır. Amma Ermənistan Xocalı hadisələri və törətdiyi digər qətliamlara görə cavab verməlidir”.
Oxuı.Az