hikmet-haciyev-nato-qerargahini-ziyaret-edecek

Hikmət Hacıyev NATO qərargahını ziyarət edəcək

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahını ziyarət edəcək.

Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı onun NATO baş katibinin müavini Mirça Coane ilə görüşəcəyi qeyd olunur.