Xatırladaq ki, Çinin populyar “TikTok” video xidməti bir müddət əvvəl Hindistanda qadağan edilib. “Bloomberg”in məlumatına əsasən, indi ölkədə “TikTok” xidmətinin “HiPi” adlı analoqu istifadəyə verilib.
İnsider.az xəbər verir ki, yeni “HiPi” platforması Hindistanın “Zee5” xidmətinin əməkdaşları tərəfindən işlənib hazırlanıb. Yeni platformanın köməyi ilə hindistanlı istifadəçilər həm 90 saniyəlik qısamüddətli çarxlar yerləşdirə, həm də onları izləyə bilərlər. Məlumata görə, yeni xidmətdə çarxların müəllifi yalnız adi istifadəçilər deyil, həm də məşhurlar ola bilərlər. “Zee5” xidmətinin rəhbəri Taruna Katiala deyib ki, yeni platformanın istifadəyə verilməsi bu yaxınlarda “TikTok”un bloklanması ilə bağlı deyil.
ICTnews