Hindistan höküməti öz biznesini Hindistana keçirməyə qərar verəcək çinli şirkətlərə imtiyazlar təqdim etməyi nəzərdən keçirir. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.
Ölkə hakimiyyəti ABŞ və Çin arasındakı ticarət müharibəsi fonunda Amerika tərəfindən tətbiq edilmiş cəriməli idxal rüsumlarından yayınmaq istəyəcək Çin şirkətlərini tovlayaraq, bu müharibədən faydalanmaq istəyir.
Lakin bu istəkdə Hindistan tək deyil. Belə ki, məsələn, Vyetnam və Malayziya artıq Çin şirkətlərinə endirilmiş vergiqoyma və ya vergilərin ödənməsindən müvəqqəti azad olmanı təklif ediblər. Hindistan höküməti də kənarda qalmamaq, yaranmış vəziyyətdən faydalanmaq fürsətini əldən vermək istəmir.
Ticarət Nazirliyinin sənədlərinə əsasən, Hindistan elektronika, məişət texnikası, elektromobil, ayaqqabı və oyuncaq istehsalçıları üçün güzəştlər edə bilər.
Samirə Məmmədova