Hindistanın Ayı kəşf etmək məqsədi ilə hazırladığı Chandrayaan-2 kosmos vasitəsi, müvəffəqiyyətlə kosmosa göndərilib.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistan, bir müddətdir üzərində işlədiyi layihəni tamamlayıb. Aya uçurulan Chandrayaan-2 i Ayın cənub qütb bölgəsinə endiriləcək. İçərisinə yerləşirilən Pragyan robotu Ayın cənub qütbündə su axtaran ilk kosmik vasitə olacaq. Chandrayaan-2 Ayın qaranlıq tərəfindən cənub qütbü istiqamətində aparacağı tədqiqat zamanı həmçinin Ay səthinin xəritəsini çəkəcək, mineralları analiz edəcək və bölgədə su axtaracaq.
Hindistan səlahiyyətliləri Chandrayaan-2-nin heç bir ölkənin əvvəllər getmədiyi bölgələrdə kəşfiyyat işləri aparacağını vurğulayıb.
Chandrayaan-2-nin 2.4 tonluq peyk modulu bir il ərzində Ayın orbitində kəşfiyyatı davam etdirəcəyi bildirilir.
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı bildirib ki, "Chandrayaan-2" kosmik gəmisi 7 sentyabr 2019-cu ildə Aya enəcək.
Qeyd edək ki, bu eniş uğurlu şəkildə gerçəkləşərsə Hindistan Rusiya, ABŞ, Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.
Nübar Lətifli