Honkonqda ekstradisiya ilə bağlı qanuna düzəliş edilməsinə qarşı olan yüzlərlə nümayişçi genişmiqyaslı aksiya çərçivəsində Yaponiyanın Osaka şəhərində təşkil ediləcək "Böyük iyirmilik" (G20) sammitində iştirak edəcək 19 ölkənin konsulluq ofislərinə doğru yönəlib.
İnsider.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, nümayişçilər həmin ölkələrdən Çinə təzyiq edilməsini istəyirlər.
Qeyd edək ki, təxminən, 1,5 min nümayişçi üzərində müxtəlif dillərdə yardım edilməsi ilə bağlı çağırışlar yazılan vərəqələrlə G20-dən Honkonqun muxtariyyətinin qorunmasına dəstək olmağı istəyir. "Marafon" adı verilən aksiyanın məqsədi ekstradisiya ilə bağlı qanuna düzəlişlərə qarşı etirazlara beynəlxalq diqqəti cəlb etməkdir.
Bununla yanaşı, təşkilatçılar kraudfandinq platformalarına da müraciət ediblər və artıq xarici KİV-də reklam yayımlamaq üçün, təxminən, 850 min dolları toplanılıb. Bununla nümayişçilər problemlərinə mümkün qədər çox dövlətin diqqət ayırmasını istəyir. Təşkilatçıların məlumatlarına görə, onlar reklamları cümə axşamından şənbə gününə qədər "Financial Times", "New York Times" və "Japan Times"da yerləşdirməyi planlaşdırırlar.
© Report.az