hp-dell-ve-digerleri-istehsalatini-cinden-qismen-cixarmagi-dusunur

“HP”, “Dell” və digərləri istehsalatını Çindən qismən çıxarmağı düşünür

“HP”, “Dell” və digər texnologiya şirkətləri istehsalatlarının bir qismini Çindən çıxarmağı planlaşdırır. İnsider.az bu barədə xəbəri “Nikkei”-yə istinad edir.

Nəşriyyatın müsahiblərinin sözlərinə görə, “HP” və “Dell” Çindən kompüter istehsalatının 30%-ni başqa yerə köçürməyi planlaşdırır.”HP” köçürülməyə təyinat yeri kimi Tayland və Tayvanı gözdən keçirir, istehsalatın köçürülməsi isə artıq cari ilin iyul-sentyabr aylarında başlaya bilər. “Dell”, “Nikkei”-nin həmsöhbətçilərinin iddiasına görə, artıq Vyetnam və Filippində pilot istehsalatını işə salıb.

“Microsoft”, “Google”, “Amazon”, “Sony” və “Nintendo” da öz bəzi konsol və “ağıllı” dinamiklərinin istehsalatının köçürülmə imkanını nəzərdən keçirirlər. Eyni məsələ “Lenovo Group”, “Acer” və “Asustek Computer” üçün aktualdır – “Acer” və “Asustek” “Nikkei”-yə istehsalatının köçürülməsi imkanını təhlil etdiklərini təsdiqləyib. “Dell” isə şirkətin ABŞ və Çin arasında razılıqlar əldə olunacağına ümid etdiyini bəyan edərək, köçürülmə məsələsini şərh etməkdən imtina edib.

Resursun dediyinə görə, ötən ay “Apple” da öz istehsalatının 15%-30%-ni Çindən Vyetnama, Hindistana, Meksika və digər ölkələrə daşınmasını nəzər yetirib.

Qeyd edək ki, şirkətlər istehsalatlarını köçürmə planlarını ABŞ və Çinin ticari müharibəsi səbəbinə görə diqqət edib.

Samirə Məmmədova