huawei-agilli-televizorunu-tanitdi

"Huawei" ağıllı televizorunu tanıtdı

"Huawei" 19 sentyabrda Almaniyada reallaşdırdığı tədbirdə 4K Quantum Dot panelə sahib televizoru "Huawei Vision"ı tanıdıb.

İnsider.az xəbər verir ki, yeni televizor bir çox süni intellekt xüsusiyyətləri ilə müşayiət olunan "Huawei Harmony OS" proqram təminatı ilə təchiz edilib. Həmçinin televizor açıla bilən kamera quruluşuna da sahibdir.

"Huawei" televizorlarının ilkin olaraq 55 və 85 düymlük modelləri, daha sonra isə 65 və 75 düymlük modelləri satışa çıxarılacaq. Televizor səsli xidmət və üz tanıma kimi xüsusiyyətlərə malikdir.

Qeyd edək ki, "Huawei Vision" "Huawei"nin daha əvvəl "Honor" markası ilə tanıtdığı televizor ilə bir çox ortaq xüsusiyyətlərə malikdir.