huawei-den-yeni-harmonyos-emeliyyat-sistemi

“Huawei”dən yeni “HarmonyOS” əməliyyat sistemi

“Huawei” yeni əməliyyat sistemini təqdim edib.

İnsider.az bildirir ki, “HarmonyOS” yeni, bütün qurğularda, bütün istifadə ssenariləri üçün vahid istifadəçi təcrübəsinin təmin edilməsi üçün tərtib edilmiş mikronüvə əsasında olan əməliyyat sistemidir.

“Huawei” Consumer Business Group-un icraçı direktoru Riçard Yu:

“Bu gün biz total qoşulma dövrünə daxil oluruq ki, bu dövrdə insanlar istənilən rəqəmsal qurğularla iş zamanı, ən müxtəlif ssenarilərdə, onlar arasında ideal qarşılıqlı əlaqənin mövcud olması ilə vahid təcrübə əldə etmək istəyirlər.

Bu ümidləri doğrultmaq üçün biz təkmilləşdirilmiş krossplatforma uyğunluqlu əməliyyat sistemini yaratmalı olduq. Bizə bütün ssenarilərdə effektiv işləmək qabiliyyətinə malik olan, müxtəlif qurğularda və platformalarda istifadə oluna biləcək, istifadəçilərin sürətli iş və məlumatların qorunmasına dair tələblərinə uyğun olacaq ƏS lazım oldu.

“HarmonyOS” əsaslı şəkildə Android və iOS-dan fərqlənir. Bu istənilən ssenarilərdə yüksək rahatlığı təmin edən mikronüvə əsaslı ƏS-dir. O, etibarlı və təhlükəsiz arxitekturaya malikdir və müxtəlif rəqəmsal qurğular arasında maneəsiz qarşılıqlı əlaqəni dəstəkləyir. Bu tərtibatçılara bir dəfə tətbiq yaratdıqdan sonra onu müxtəlif növ qurğularda açmaq imkanını bəxş edir”.

“HarmonyOS” güclü funksionallığa malik, asan və kompakt bir əməliyyat sistemidir. İlk öncə o, müxtəlif ağıllı qurğularda istifadə olunacaq, məsələn, ağıllı saatlarda, ağıllı ekranlarda və kolonkalarda, avtomobil bort kompüterlərində. Bu qurğuların köməyi ilə, “Huawei” mükəmməl inteqrasiya olunmuş, etibarlı və təhlükəsiz mühitə malik, istənilən istifadə ssenarisi ilə yüksək rahatlığı təmin edəcək ekosistem yaratmağı planlaşdırır.

“HarmonyOS”in əsas texniki xüsusiyyətləri:

İntellektual texnologiyalar istənilən istifadə ssenarilərində yüksək göstəricilər verir, buna görə tərtib edildiyi zaman “HarmonyOS”da ona mövcud həllər qarşısında sözsüz üstünlüklər təqdim edən dörd texniki xüsusiyyət qoyulmuşdur.

1. Calaqsızlıq: paylaşdırılmış arxitekturaya malik, istənilən qurğularda rahat istifadəçi təcrübəsini təmin edən ilk mobil ƏS.

Paylaşdırılmış arxitekturanın və paylaşdırılmış virtual şin texnologiyasının tətbiq edilməsi “HarmonyOS”ə ümumi kommunikasiya platformasını, paylaşdırılmış verilənlərin idarə olunmasını, tapşırıqların paylaşdırılaraq planlaşdırılmasını və virtual periferik qurğuların dəstəklənməsini təmin etmək imkanını bəxş edir.

“HarmonyOS”in köməyi ilə, tərtibatçılar bundan sonra paylaşdırılmış tətbiqlər üçün baza texnologiyaları ilə işləmək məcburiyyətində qalmayacaqlar ki, bu da onlara diqqətlərini onların öz servis logistikasında cəmləmək imkanını təqdim edəcək. Paylaşdırılmış tətbiqlərin tərtib edilməsi həmişəkindən də asan olacaq. “HarmonyOS” əsasında qurulmuş tətbiqlər, istənilən istifadə ssenarilərində rahat qarşılıqlı əlaqəni təmin edərək, müxtəlif növ qurğularda çalışa biləcək.

2. Determinasiya edilmiş gecikmə mexanizmi və yüksək səmərəli IPC

“HarmonyOS” səmərəliliyin zəifləməsi problemlərini determinasiya edilmiş gecikmə mexanizmi (Deterministic Latency Engine) və yüksək səmərəli proseslərarası qarşılıqlı əlaqə (Inter Process Communication, IPC) hesabına həll edəcək. Determinasiya edilmiş gecikmə mexanizmi əvvəlcədən planlaşdırma üçün tapşırıqların yerinə yetirilməsi prioritetini və vaxt limitlərini müəyyən edir. Resurslar, ilk növbədə, daha yüksək prioritetə malik tapşırıqlar üçün ayrılacaq ki, bu da tətbiqlərin icra edilməsində gecikmələrin 25.7% azalmasına gətirib çıxaracaq. Mikronüvə IPC-nin effektivliyini, mövcud sistemlərlə müqayisədə, beş dəfəyədək artıra bilər.

3. Təhlükəsizlik: mikronüvə əsaslı arxitektura sistemin lap bünövrəsindən başlayaraq etibarlılığı və təhlükəsizliyi artırmaq imkanını bəxş edir

“HarmonyOS” mikronüvə əsaslı, təkmilləşdirilmiş müdafiə ilə və az gecikmələrlə fərqlənən yeni firma arxitekturasından istifadə edir. Mikronüvə istifadəçi rejimində nüvədən kənarda mümkün qədər çox sistem xidmətlərinin reallaşdırılması və qarşılıqlı müdafiənin təmin olunması üçün nüvə funksiyalarının asanlaşdırılması məqsədilə tərtib edilmişdir. Mikronüvənin özü üzərinə yalnız ən baza servisləri götürür, məsələn, IPC və axınların planlaşdırılması.

“HarmonyOS” mikronüvə konstruksiyasında, etibarlı icra mühitinin (Trusted Execution Environment) ən baza səviyyəsində etibarlılığın və müdafiənin təkmilləşdirilməsi üçün formal verifikasiya üsulu istifadə olunur.

Formal verifikasiya üsulu mənbə kodundan sistemin düzgünlüyünün yoxlanmasına effektiv riyazi yanaşmadan ibarətdir, halbuki, ənənəvi verifikasiya üsulları (məsələn, funksional verifikasiya və hücumların stimullaşdırılması) yalnız bəzi ssenarilər üçün tətbiq oluna bilər. Formal üsullar isə, əksinə, ƏS-nin icra olunması üzrə bütün yolların yoxlanması üçün verilənlər modellərindən istifadə edə bilər.

“HarmonyOS” qurğuda formal verifikasiyadan istifadə edən ilk ƏS-dir (TEE) ki, bu da təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, əhəmiyyətli dərəcədə kiçik olan (Linux nüvəsindəkindən təxminən 1000 dəfə az) kod həcminin köməyi ilə, “HarmonyOS” hücum imkanlarını əhəmiyyətli dərəcədə aşağı salır.

4. Unifikasiya: müxtəlif qurğuları dəstəkləyən inteqrasiya edilmiş tərtibat mühiti (multi-device IDE), tətbiqləri bir dəfə tərtib etmək və onları bir neçə qurğuda açmaq imkanını bəxş edir

Universal inteqrasiya edilmiş tərtibat mühiti, çoxdilli unifikasiya edilmiş kompilyasiya və paylaşdırılmış arxitektura sayəsində “HarmonyOS” avtomatik şəkildə müxtəlif idarəetmə elementlərinə və ekranla qarşılıqlı əlaqə prinsiplərinə uyğunlaşa bilir, yerdəyişmənin idarə olunmasını və vizual proqramlaşdırmanı dəstəkləyir.

Bu tərtibatçılara bir neçə növ qurğular üçün tətbiqləri daha effektiv şəkildə tərtib etmək imkanını bəxş edir. Universal IDE sayəsində, tərtibatçılar tətbiqləri bir dəfə yaza, daha sonra isə onları müxtəlif qurğularda aça, bununla da istənilən istifadə ssenariləri üçün sıx inteqrasiya edilmiş ekosistem yarada bilərlər.

“Huawei” ARL Complier Android virtual maşını ilə birlikdə işləyə bilən ilk statik kompilyatordur; bu tərtibatçılara geniş spektrli genişləndirilmiş dilləri kompilyasiya etmək imkanını bəxş edir. Bir neçə dildə unifikasiya edilmiş kompilyasiyanı dəstəkləyərək, “Huawei” ARL Complier tərtibatçılara öz səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaqda köməklik göstərir.

Tərtibatçılar üçün planlar və ekosistemin inkişafı

Tərtibatçılar konfransında “Huawei” “HarmonyOS”in və onun nüvəsinin inkişaf planını elan etdi. Birinci mərhələdə HarmonyOS 1.0 “Huawei” ağıllı ekranlarında istifadə olunacaq ki, onlardan ikisi artıq bu ilin sonunda satışa çıxarılacaq.

Növbəti üç il ərzində “HarmonyOS” optimallaşdırılacaq və tədricən digər “Huawei” ağıllı qurğularda, o cümlədən. daşınan qurğularda, “Huawei” Vision-da və avtomobil multimedia mərkəzlərində tətbiq olunacaq.

“HarmonyOS”in uğuru tətbiqlərin ekosisteminin inkişaf dinamikasından və kənar tərtibatçıların cəlb olunma dərəcəsindən asılı olacaq. Yeni ƏS-nin daha geniş yayılmasına səbəb olmaq üçün, “Huawei” “HarmonyOS”i bütün dünya üçün əlçatan olan açıq mənbə kodlu platforma edəcək. Həmçinin, “Huawei” tərtibatçıların daha dərin cəlb olunması və dəstəklənməsi üçün fond və cəmiyyət təsis edəcək.

Çin güclü tətbiq ekosisteminin və inkişaf etmiş istifadəçi cəmiyyətinin yaradılması üçün bünövrə olacaq, daha sonra onlar qlobal bazara qədər genişlənəcək. “Huawei”, müxtəlif sənaye sahələrində fərdi istifadəçilərə və şirkətlərə onlara daha effektiv və məhsuldar olmaqda köməklik göstərəcək yeni tətbiqlər və servislər təklif etmək üçün, ekosistem üzrə tərəfdaşla sıx əməkdaşlıqda olacaq.

HarmonyOS istehlakçılar, avadanlıq tədarükçüləri və tərtibatçılar üçün yeni üstünlüklər və imkanlar açacaq. Bu ƏS istifadəçilər üçün ən müxtəlif qurğular və həyat ssenariləri üçün yeni intellektual servislərə və tətbiqlərə keçid açacaq.

Avadanlıq tədarükçüləri böyüyən Süni şüur, 5G və əşyalar interneti bazarlarında rəqabət üstünlükləri əldə edəcəklər. Tərtibatçılar daha az investisiyalarla daha çox istifadəçilər cəlb edə və sürətli şəkildə ən müxtəlif bazar seqmentlərində innovativ xidmətlər tətbiq edə biləcəklər.

Riçard Yu: “Biz hesab edirik ki, HarmonyOS sənayenin inkişafına yeni təkan verəcək və ekosistemi zənginləşdirəcək. Bizim məqsədimiz insanlara istənilən tapşırıq üçün həqiqətən faydalı və rahat olan həllər təklif etməkdir. Biz, birlikdə istifadəçilərə bütün həyat situasiyaları üçün və ağıllı qurğuların istifadə ssenariləri üçün yeni imkanlar bəxş etmək məqsədilə, bütün dünyadan tərtibatçıları yeni ekosistemin yaradılmasında bizə qoşulmağa dəvət edirik”.

© Oxu.az