huawei-e-daha-bir-engel

“Huawei”-ə daha bir əngəl

“SD Association” rəhbərliyi “Huawei”-i öz təşkilatından xaric edib. Bu, o deməkdir ki, şirkət öz gələcək smartfonlarında və digər cihazlarında “SD” və “microSD” yaddaş kartlarını leqal olaraq istifadə edə bilməyəcək. İnsider.az bunu “9to5Google”-a istinadla xəbər verir.

“SD Association” təşkilatı “SD” və “microSD” kartları üçün standartlar təyin edir. Təşkilat üzvlərinin bu standartları istifadə edən məhsulların layihələndirilməsində, tərtibatında və istehsalında iştirak etmək haqqı var. Belə məhsullar arasında smartfonlar da mövcuddur.

Təşkilat “Android Authority” nəşrinə “Huawei”-in ABŞ hakimiyyəti tərəfindən qara siyahıya salınmasından sonra “SD Assosiation”-dan çıxarıldığını təsdiqləyib. “Huawei” şirkəti “microSD” kartlarının artıq buraxılmış smartfonlarda çalışacağını bildirib, lakin gələcək cihazaların yaddaş kartını dəstəkləyib-dəstəkləməyəcəyini cavablamayıblar.

Samirə Məmmədova