İyun ayında Birləşmiş Ştatlar tərəfindən sanksiyalara məruz qalmış Çinin texnologiya nəhəngi “Huawei” “Google”, “Intel”, “Qualcomm” kimi amerikan şirkətlərlə əməkdaşlıqdan məhrum olub . Bütün bunlar da ABŞ-Çin ticari müharibəsi fonunda baş verib.
Çox güman, “Huawei” bu baş verənlərin nəticəsində partlaya bilər — lap 2018-ci ildə Çinin digər telekommunikasiya şirkəti olan “ZTE”-nin ABŞ-ın eyni siyahısına düşdüyü zaman sürətlə maliyyə fəlakətilə üzləşdiyi kimi. Lakin bir şey aydındır ki, “Huawei” ətrafında cərəyan edən hadisələr texnologiya və qlobal iqtisadiyyat üçün mənfi nəticələnəcək.
Kontekst
Çoxlarını “Huawei”-n gəlir üzrə 10 ən qiymətli texnologiya şirkətlərinə daxil olması faktı (təkcə 2018-ci ildə 105 milyard dollar qazanıb) təəccübləndirə bilər. Bu, onu “Microsoft” və “Google” kimi şirkətlərlə bir cərgəyə qoyur. Şirkət özü ən populyar smartfon brendinə çevrilərək və “Apple”-ı qabaqlayaraq Çində fəaliyyət göstərir. Üstəlik, “Huawei” smartfonları çox vaxt “iPhone”-dan ucuz olduqları üçün həm Avropa, həm də Sakit okean regionunda da populyardırlar.
Lakin Çin şirkəti təkcə smartfon və noutbuk kimi istehlakçı qadcetərə hədəflənməyib. Şirkət həmçinin infrastruktur məkanında da iri oyunşudur – o, 5G daxil, ölkələri və mobil şəbəkələri birləşdirmək üçün sualtı kabellərin çəkilməsi ilə də tanınır. 5G isə daha yüksək sürət, effektiv şəbəkələr və azı 10 il istifadə edəcəyimiz yeni nəsil şəbəkəni vəd edir və bu, “Huawei”-in bu müddət ərzində mobil bazara təsirindən də xəbər verir.
“Reuters” bildirir ki, məhz Avstraliyanın casus agentliyi bu detala diqqət edərək “Huawei” kimi şirkətin 5G məkanına hökmranlıq etdiyi təqdirdə onun necə təsirə malik olacağını ABŞ-ın diqqətinə çatdırıb. Agentlik2018-ci ildə bu məlumatla bölüşdüyündən sonra Tramp administrasiyası casusluq riskləri irəli sürərək anti-“Huawei” ismarışlarını bəyan edib, ən sonunda şirkəti sanksiyalara məruz qoydu.
Ən maraqlısı isə odur ki, “Huawei” heç vaxt casusluqda tutulmayıb – həm buna yol vermək korporativ intihar olardı və şirkət rəhbərliyi də bunu bilir.
Ola bilsin ki, bütün bunlar siyasət və 5G-nin yeni nəsil şəbəkəni təkrar formalaşdırmaq potensialı barədədir. Çinli şirkət 5G texnologiysı sahəsində öndədir və ondan geri qalmamağa çalışan “Nokia”, “Siemens” və “Ericsson” kimi köhnə texnologiya oyunçularını arxada qoyur.
Təsir
“Huawei”-lə ticarətə qadağa onun bütün istiamətlər üzrə rəqabətcilliyini dağıda bilər çünki bir sıra ölkələr şirkətin avadanlığını istifadə etməkdən ehtiyat edirlər.
“Huawei” bu şəraitə davam gətirmək üçün sonunacan vuruşacaq və bütün dünya ilk növbədə Çinin nə ilə cavab verəcəyindən narahat olmalıdır. Demək olar ki, bütün müasir istehsalat Çində yerləşir və ölkə sənayeni boğmaq istəsə, ixrac edilən malların və nadir metalların qiymətlərini qaldırmaq və ya burada hazırlanan məhsullara vergiləri artırmaq kifayət edər.
“Apple”, “Intel”, “Qualcomm”, “Google” və s. kimi demək olar hər bir amerikan texnologiya şirkəti Çinin heyranedici istehsalat miqyasına malik daimi partnyor olmasına bel bağlayırlar. İş təkcə çinli işçilərin onların amerikan həmkarlarından daha az qazanmaqlarında deyil – çinlilərin dəqiqliyi və miqyası ilə qurmağı öyrənmək amerikalıların illərini alacaq və onlar bunun çün sıfırdan başlamalı olacaqlar.
Texnologiya industriyası artıq ekzistensial böhranla qarşılaşıb, çünki smartfon satışları ləngiyib və industriya daha böyük bir şeyin axtarışına çıxıb. Hətta heç kim harada axtarmağın lazım olduğun bilməsə belə. Ticari müharibə isə bütün bu vəziyyəti daha da dərinləşdirəcək.