"HUAWEI" Consumer Business Group (CBG) şirkəti HUAWEI P30 Pro telefonuna görə 55 nüfuzlu KİV-nin daxil olduğu, istehlak elektronikasına həsr olunmuş audio və videotexnika (EISA) üzrə jurnalların Avropa assosiasiyasından "2019-2020-cu illərin ən yaxşı EISA smartfonu" mükafatını aldı. HUAWEI artıq ikinci ildir ki, ardıcıl olaraq bu kateqoriyada qalib gəlir.
"EISA HUAWEI P30 Pro"nun bu gün üçün ən yaxşı cəhətləri kimi onun yetərsiz işıqlanma şəraitində fotoçəkiliş imkanlarını göstərir. Assosiasiya onun ultragenişbucaqlı modulunu, portret çəkilişi rejimini və 5-qat böyütməyə malik periskopik telefoto-obyektivini də yüksək qiymətləndirir.
"EISA-dan daha bir mükafat - bu, bizim üçün böyük şərəfdir və biz şadıq ki, P30 Pro smartfonu tanınıb. "HUAWEI" şirkətinin hədəfi hər bir qurğunun ən yeni texnologiyaların köməyi ilə mobil kameraların imkanlarının hüdudlarını genişləndirərək istehlakçıları smartfonda yeni, daha keyfiyyətli fotoçəkiliş təcrübəsi ilə təmin etməsindən ibarətdir" , – "HUAWEI" Consumer Business Group şirkətinin mobil şöbəsinin prezidenti Li Çançju söyləmişdir.
Bu smartfon spektral HUAWEI sensorlu 40 MP əsas kamera, 20 MP ultragenişbucaqlı modul, 8 MP telefoto-obyektiv, həmçinin ToF kamerası daxil olmaqla, dörd kameralı Leica sistemi ilə təchiz olunmuşdur. Əsas 40 MP kamera və təsvirin optik (OIS) və intellektual (AIS) stabilləşmə sistemləri dolgun və dəqiq fotoşəkillər almağa imkan verir, superzumlu obyektiv isə özünün periskopik konstruksiyası sayəsində keyfiyyətli 5-qat optik böyütməni təmin edir. Smartfon, həmçinin hibrid 10-qat zuma və rəqəmli 50-qat zuma malikdir.
EISA assosiasiyasının üzvləri istehlak elektronikasının bütün seqmentlərini əhatə edən 30-dan çox ölkənin ixtisaslaşmış KİV-dir. Hər bir nümayəndə EISA-nın aşağıdakı altı Ekspert qrupundan ən azı birinin işində iştirak edir: "Fotoşəkil", "Mobil qurğular", "Hi-Fi", "Ev kinoteatrı üçün audio", "Ev kinoteatrı üçün ekranlar və video" və "Avtomobil elektronikası". Hər il EISA-nın üzvləri, onların fikrincə altı kateqoriyanın hər birində yüksək nəticələr göstərən məhsulların siyahısını tərtib edirlər. Daha sonra onlar bu məhsulları EISA-nın illik ümumi yığıncağı çərçivəsində təqdim edirlər, assosiasiyanın üzvləri nominantlara diqqətlə baxır və hər kateqoriyada qalib gələnə səs verirlər.
"HUAWEI" qurğuları daha öncə də EISA assosiasiyasından bir sıra mükafatlar almışdı:
• "HUAWEI P20" "2018 –ci ilin ən yaxşı EISA smartfonu"
• "HUAWEI P10" "2017-2018-ci illər üçün ən yaxşı smartfon kamerası"
• "HUAWEI Watch 2" "2017-2018-ci illər üçün ən yaxşı daşınan EISA qurğusu"
• "HUAWEI P9 – "2016-2017 istehlakçıları üçün Avropanın ən yaxşı smartfonu".
HUAWEI mükafatının rəsmi təqdimatı IFA istehlak elektronikasının sərgisinin açılışına həsr edilmişdir və 6 sentyabrda Berlində IFA çərçivəsində, EISA mükafatlandırılması mərasimində keçiriləcəkdir.
"HUAWEI" Consumer Business Group haqqında:
"HUAWEI" məhsulları və xidmətləri 170-dən çox ölkədə təqdim olunur və planetin üçdə biri tərəfindən istifadə olunur, məhz bunun sayəsində də HUAWEI bütün dünyanın smartfon istehsalçılarının liderlik edən üçlüyünə daxil olur. Şirkət ABŞ, Almaniya, İsveç, Rusiya, Hindistan və Çin kimi ölkələrdə 14 elmi-tədqiqat mərkəzi açmışdır.
"HUAWEI Consumer BG" - "HUAWEI" şirkətinin smartfon, noutbuk və planşetlərin, daşınan elektronikanın, mobil genişzolaqlı giriş qurğularının, ev üçün həllərin, o cümlədən buludlu servislərin hazırlanması və istehsalı ilə məşğul olan üç biznes bölməsindən biridir.
"HUAWEI" qlobal şəbəkəsinin üstünlükləri, bütün dünyadakı əməliyyat fəaliyyətinin həcmi və inkişaf etmiş partnyorluq şəbəkəsi onun telekommunikasiya sahəsindəki 30 illik iş təcrübəsi üzərində qurulmuşdur. HUAWEI Consumer BG-nin hədəfi istifadəçiləri ən yeni texnoloji nailiyyətlərlə təmin etməkdir.
Oxu.az