Çinin “Huawei Technologies” telekommunikasiya şirkətinin prezidenti Jen Çjenfey amerikalı ÇXR bazarının “Apple” məhsulları üçün bağlanmasına qarşı çıxdı. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.
Belə ssenari ABŞ-IN “Huawei”-ə münasibətdə addımlarına qarşı cavab tədbirləri kimi nəzərdə tutula bilər.
“Əvvəla bu, baş verməyəcək. İkincisi, bu baş versə, mən buna qarşı olacaq ilk adam olacağam”, - Çjenfey müsahibəsində “Bloomberg”-ə bildirib.
Çjenfey “Apple-“-ı “öz müəllimi” və bazarın qeyd-şərtsiz lideri hesab etdiyini vurğulayıb.
“Şagird olaraq müəllimimə qarşı çıxa bilərəm mi? Heç vaxt”, - o, əlavə edib.
Samirə Məmmədova