Çinin “Huawei” şirkəti Rusiyanın “Vokord” şirkətini satın alıb. Sövdələşmə mayın 17-si baş tutub. İnsider.az bunu “Vedomosti”-yə istinadla yazır.
“Huawei” “İql softlab” şirkətini satın aldıqlarını təsdiqləyib. Nəşrin məlumatına görə, “İql softlab” “Vokord”-un patentlərinə və avadanlığına sahib olub. “Vokord”-un əməkdaşlarının böyük hissəsi də bu şirkətə keçib.
Məlumata əsasən, “Huawei” “Vokord”-u 40-50 milyon dollar qiymətində dəyərləndirib.
Qeyd edək ki, “Vokord” şirkəti 1999-cu ildə Dmitriy Zavarikn tərəfindən yaradılıb. Şirkət görüntülər müəyyən edən “ağıllı” funksiyalarla HD-kameralar tərtib edir. 2017-ci ildə şirkətin mənfəəti 300 milyon rubldan çox olub.
Samirə Məmmədova