“Huawei” şirkəti Çinin digər iki şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində cari ilin iyul ayında 2 peyk buraxmaq niyyətindədir. Layihənin məqsədi “Huawei” tərəfindən hazırlanan altıncı nəsil mobil rabitə şəbəkələrinin (“6G”) şəbəkə texnologiyalarını yoxlamaqdan ibarətdir.
Peyklərin buraxılışı ilə şirkət qlobal tədqiqatlarda və “6G” texnologiyasının hazırlanmasında aparıcı rol oynayacaq. Altıncı nəsil mobil rabitə şəbəkələrinin “5G” şəbəkələrindən 50 dəfə sürətli olacağı gözlənilir.
Yeni texnologiyanın mövcud texnologiyadan fərqi ondan ibarətdir ki, “5G” siqnalının ötürülməsi üçün baza stansiyalarına, “6G” isə peyklərə əsaslanır.
Xatırladaq ki, bir müddət əvvəl “Huawei” nümayəndəsi şirkət tərəfindən altıncı nəsil mobil rabitə şəbəkəsinin 2030- cu ildə istifadəyə veriləcəyini bildirib.