hyundai-koreyadaki-istehsalini-dayandirir

Hyundai Koreyadakı istehsalını dayandırır

Cənubi Koreyanın xəbər agentliyi "Yonhap"ın mələumatına görə, Hyundai Motor, koronavirusun təsiri ilə Çindən ehtiyat hissələri gəlməməsi səbəbilə Koreyadakı istehsalına fasilə verəcək.

İnsider.az "Yonhap"a istinadən xəbər verir ki, Genesis modelinin istehsal edildiyi Ulsan-dakı 5 nömrəli zavodda istehsal bu gün dayanıb. Digərlərinin də pilləli olaraq təxirə salınması ilə bütün zavodlardakı istehsal 7 Fevrala qədər dayanacaq.

Jeonju-dakı zavod 6 Fevralda, Asan-dakı zavod isə 7 Fevraldan etibarən istehsalı dayandıracaq.

Xəbərə görə, istehsala fasilə verilməsi 10 - 11 Fevrala qədər uzana bilər.