Prezident İlham Əliyev “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 mart tarixli 1937 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
“İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 mart tarixli 1937 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 319; 2022, № 5, maddə 530) 1-ci hissəsində “Təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilir.